
UEFA Çempionlar Liqasının 1/4 final oyunlarının nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu mükafatına namizədləri açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, UEFA-dan məlumat verilib.
Məlumata görə, mükafata namizədlər arasında Fransa çempionu PSJ-nin fransalı hücumçusu Usman Dembele, Almaniya çempionu “Bavariya”nın fransalı cinah oyunçusu Maykl Olise, İspaniya çempionu “Barselona”nın ispan yarımmüdafiəçisi Dani Olmo, həmçinin, “Arsenal”ın ispan yarımmüdafiəçisi Martin Subimendi var.
Səsvermə UEFA-nın rəsmi saytında keçirilir.
Qeyd edək ki, yarımfinalda “Arsenal” “Atletiko” ilə, "Bavariya" isə PSJ ilə qarşılaşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz