Mey “Brexit”in əsl səbəbini açıqladı

Böyük Britaniya özünü təcrid etmək üçün Avropa İttifaqından, ümumi bazardan və Gömrük İttifaqından çıxmır, əksinə bunu həqiqətən də qlobal Brianiya olmaq üçün edir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri xanım Tereza Mey deyib. O bildirib: “İstəyirəm ki, biz həqiqətən də qlobal Britaniya – avropalı tərəfdaşlarımızın ən yaxşı dostu və qonşusu, eləcə də Avropadan kənarda əlaqələri olan ölkə olaq”. Baş nazir qeyd edib ki, “Brexit” təkcə Britaniya üçün deyil, həm də Aİ üçün bir dərsdir: “Britaniya “Brexit”dən sonra da Avropanın təhlükəsizliyinin təmin edilməsidə iştirakını davam etdirəcək”.

DİGƏR XƏBƏRLƏR

Top