Elnur Aslanov Rabitə Nazirliyindən çıxarıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi aparılıb. Modern.az saytının əldə etdiyi məlumata görə, Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Nazirliyin mətbuat xidməti də saytın sorğusuna verdiyi cavabda məlumatı təsdiqləyib. Bildirilib ki, Elnur Aslanovun özü işdən çıxmaq haqqında ərizə yazıb və o, həmin ərizə əsasında vəzifədən azad edilib.

Əldə etdiyimiz digər məlumata görə, Elnur Aslanov artıq beynəlxalq şirkətlərdən birinə işə başlayıb.


Qeyd edək ki, Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.


E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.

DİGƏR XƏBƏRLƏR

Top