
ABŞ Prezidenti Donald Trampın administrasiyası silah istehsalı üçün Amerika avtomobil istehsalçılarının istehsal müəssisələrindən istifadə etmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat verib.
Məlumata görə, Pentaqonun yüksək vəzifəli rəsmiləri “General Motors” və “Ford” da daxil olmaqla bir neçə avtomobil istehsalçısının rəhbərləri ilə danışıqlar aparırlar.
ABŞ Müdafiə Nazirliyi avtomobil istehsalçılarının istehsal müəssisələrindən və personalından istifadə edərək sursat və hərbi texnika istehsalını artırmaqda maraqlıdır. Buna səbəb İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatı ilə əlaqədar sursat ehtiyatlarının tükənməsidir.
Nəşr qeyd edib ki, bu cür tədbirlər İkinci Dünya Müharibəsi dövründə istifadə edilən təcrübələri xatırladır.
Tətbiqimizi yükləyə bilərsiniz