Türkiyədə məktəblərə hücum edən hər iki şagird eyni oyunu oynayıb – KİV


Türkiyənin Kahramanmaraş şəhəri və Şanlıurfa vilayətində məktəblərdə silahlı insident törədən şəxslərin hər ikisinin uzun müddət “PUBG” adlı onlayn oyunu oynadığı müəyyən olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumat üçün bildirək ki, “PUBG” (PlayerUnknown’s Battlegrounds) 2017-ci ildə əslən İrlandiyalı olan Brendan Qrin tərəfindən yaradılıb. Təqdim edildiyi il bir sıra dünya rekordlarına imza atan oyun adını Ginnesin Rekordlar Kitabına yazdırıb. Oyun yapon filmi “Battle Royale” (“Ölüm Oyunu”) motivlərindən ilhamlanaraq hazırlanıb.
Oyunun mahiyyəti ondan ibarətdir ki, 100 oyunçu bir adaya paraşütlə atılır və müxtəlif silah, avadanlıq və resurslar toplayaraq digər oyunçuları sıradan çıxarmağa çalışır. Məqsəd sağ qalaraq sonuncu oyunçu olmaqdır. Oyun “öl ya da öldür” prinsipi üzərində qurulub.
Xüsusilə uşaqlar və gənclər arasında populyar olan oyunun mobil versiyası Hindistan, İran, İsrail, İraq və bir sıra digər ölkələrdə müvəqqəti olaraq qadağan edilib.
Qeyd edək ki, Azərbaycanda “Roblox” və “PUBG” kimi onlayn oyunların qadağan olunması məsələsi zaman-zaman gündəmə gəlsə də, bu istiqamətdə hələlik konkret addımlar atılmayıb.
Xatırladaq ki, son üç gün ərzində Türkiyədə məktəblərdə iki silahlı hücum qeydə alınıb. Aprelin 14-də Şanlıurfa əyalətində keçmiş şagird ov tüfəngi ilə məktəbə hücum edərək 16 nəfəri yaralayıb, daha sonra intihar edib. Aprelin 15-də isə Kahramanmaraş şəhərində səkkizinci sinif şagirdi məktəbdə atəş açaraq bir müəllim və üç şagirdi öldürüb, təxminən 20 nəfəri yaralayıb. Məlumatlara görə, hücumçu atasına məxsus silahlardan istifadə edib və hadisədən sonra özünü öldürüb.

DİGƏR XƏBƏRLƏR

Top