“Opta” Çempionlar Liqasının favoritini açıqladı


“Opta” superkompüteri 1/4 final mərhələsindən sonra 2025/26 Çempionlar Liqasının qalibi üçün proqnozlarını dəyişdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Opta Analyst” məlumat verib.
Məlumata görə, siyahıya 38,6%-lə İngiltərənin “Arsenal” klubu başçılıq edir.
Siyahını təqdim edirik:
1. “Arsenal” (İngiltərə) - 38,6%;
2. “Bavariya“ (Almaniya) - 33,3%;
3. “Pari Sen Jermen” (Fransa) - 19,1%;
4. “Atletiko Madrid” (İspaniya) - 9%.

Qeyd edək ki, 2025/26 mövsümündə UEFA Çempionlar Liqasının yarımfinalında PSJ “Bavariya” ilə, “Atletiko Madrid” isə “Arsenal”la qarşılaşacaq. Yarımfinalın ilk oyunları 28 və 29 aprel, cavab oyunları isə 5 və 6 may 2026-cı il tarixlərində keçiriləcək. Avropanın ən yaxşı turnirinin finalı 30 mayda Macarıstanın Budapeşt şəhərində baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top