Türkiyədə hər məktəbin qarşısına iki polis təyin edilib


Türkiyədə hər məktəbin qarşısına iki polis təyin edildi.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Kahramanmaraş və Şanlıurfa vilayətlərində məktəblərə silahlı hücumların baş verməsindən sonra ölkə üzrə təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Daxili İşlər Nazirliyinin göstərişi ilə həyata keçirilən yeni plan çərçivəsində bütün şəhərlərdə məktəblərin qarşısında polis əməkdaşları xidmətə başlayıb. Qərara əsasən, hər məktəb önündə ən azı iki polis əməkdaşı yerləşdirilir, zərurət yarandıqda isə əlavə qüvvələr də əraziyə cəlb olunur.
Paytaxt Ankarada polis qrupları xüsusilə ibtidai, orta və liseylər ətrafında nəzarəti artırıb. Ərazilərdə şübhəli şəxslərə qarşı şəxsiyyət yoxlamaları və ümumi vəziyyətə nəzarət həyata keçirilir.
İstanbulda da oxşar tədbirlər görülüb. Polis əməkdaşları məktəb ətrafında nəqliyyat vasitələrini yoxlayır, sürücülərin və ərazidə olan şəxslərin sənədlərini araşdırır.

DİGƏR XƏBƏRLƏR

Top