Moldova və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında əməkdaşlıq haqqında memorandumun imzalanması Avropa İttifaqı (Aİ) ilə assosiativ sazişlə ziddiyət təşkil etmir, lakin əməkdaşlığın növbəti mərhələsi, yol xəritəsinə çıxış Aİ ilə sazişə yenidən baxılmasını və ya onun ləğvini tələb edə bilər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Moldova prezidenti İqor Dodon Aİİ kollegiyasının sədri Tiqran Sarkisyanla görüşün yekunları üzrə deyib. Moldova 2014-cü ilin iyununda Aİ ilə assosiasiya, eləcə də dərin və hərtərəfli azad ticarət zonası haqqında saziş imzalamışdı. Moldova parlamenti bu sazişi ratifikasiya etdikdən sonra Moskva və Kişinyov arasında əlaqələr pisləşmişdi. Sazişə əsasən Moldova bazarını Avropa malları üçün tam açmalıdır. İ. Dodon bu gün Rusiya prezidenti Vladimir Putin ilə görüşdən sonra Moldovanın Aİİ-də müşahidəçi olması arzusunu dilə gətirib. O qeyd edib ki, yaxın aylar ərzində belə bir memorandumu imzalamaq üçün yaxın həftələrdə məsləhətləşmələr başlayacaq.