İdxal olunan hibrid avtomobillərin gömrük dəyəri açıqlandı


Bu ilin yanvar-mart aylarında Azərbaycana 339,6 milyon dollar dəyərində 15 min 351 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan avtomobillərin bir ədədinin orta gömrük dəyəri 22 min 128 dollar (təxminən 37 min 618 manat) olub.
Qeyd edək ki, idxal olunan avtomobillərin 6 min 514 ədədi və ya 42,4%-ni hibrid avtomobillər təşkil edib. Yanvar-mart aylarında idxal edilən bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 21 min 406 dollar (təxminən 36 min 390 manat) təşkil edib.
Xatırladaq ki, 1 yanvar 2022-ci ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da 3 il müddətinə 18%-lik ƏDV-dən azad edilib. Lakin, 2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid avtomobillərə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top