
Britaniyanın BBC telekanalı maliyyə problemləri ilə əlaqədar 1800-2000 iş yerini - təxminən hər on jurnalistdən birini - ixtisar etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Media holdinqin baş direktoru Rodri Talfan Devis agentliyə bildirib ki, şirkət növbəti iki il ərzində təxminən 500 milyon funt sterlinq (678 milyon dollar) qənaət etməli və planlaşdırılan qənaətin böyük hissəsini 2027-2028-ci illərdə həyata keçirməlidir.
Devisin sözlərinə görə, rəhbərlik xərclərə qənaət etməklə əsas radio, televiziya və onlayn məhsulların qorunması arasında tarazlığı saxlamaq üçün “hər şeyi nəzərdən keçirmək” niyyətindədir.
O, ixtisarların əsas səbəbi kimi süni intellekt texnologiyalarının sürətlə tətbiqi və auditoriya istehlakı vərdişlərindəki dəyişikliklərlə əlaqədar media sənayesindəki ümumi böhranı göstərir.
Devis telekanalın televiziya lisenziyası haqqından əldə edilən gəlirinin 2017-ci ildən bəri 24% azaldığını bildirib.
Korporasiyada hazırda təxminən 21 500 nəfər işləyir. İşdən çıxarılmaların miqyası və strukturu ilə bağlı yekun qərarlar bu ilin sonlarında açıqlanacaq.
Bu ixtisarların şirkətin son 15 ildə ən böyük iş yeri ixtisarı olacağı bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz