Şanlıurfada məktəbə silahlı hücumla bağlı saxlanılanların sayı 16-ya çatdı


Şanlıurfanın Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyinə silahlı hücumla əlaqədar 16 şübhəli saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Baş İdarəsinə istinadla “TRT Haber” telekanalı məlumat yayıb.
“14 aprel 2026-cı ildə Şanlıurfa vilayətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla bağlı araşdırmalar çərçivəsində 16 şübhəli saxlanılıb. Şübhəlilərə qarşı məhkəmə prosesi davam edir”, - deyə idarədən bildirilib.
Qeyd edək ki, silahlı hücum zamanı əksəriyyəti şagirdlər olan 16 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top