Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? – Tam siyahı


Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 34 min 495,8 ton “Aİ-95” markalı (“Premium”) benzin idxal edilib.
Yeniavaz.com
-un rəsmi məlumatlara istinadən apardığı hesablamalar göstərir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-95” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 66 sent (1,13 manat) olub.
Azərbaycan “Aİ-95” markalı benzini ən çox Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) alıb. Benzini ən baha qiymətə isə Yunanıstandan idxal edib.
Azərbaycana “Aİ-95” markalı benzin aşağıdakı ölkələrdən gətirilib:
BƏƏ – 9 min ton (1 litri – 1,10 manata);
Belarus – 6 min 928,6 ton (1 litri – 1,12 manata);
Rusiya – 6 min 825,8 ton (1 litri – 1,13 manata);
Yunanıstan – 6 min 33,5 ton (1 litri – 1,16 manata);
Qazaxıstan – 2 min 990,2 ton (1 litri – 1,13 manata);
Rumıniya – 2 min 717,6 ton (1 litri – 1,13 manata).
Onu da qeyd edək ki, 2024-cü il iyulun 15-dən Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti 2 manatdan 1,6 manata endirilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top