Çempionlar Liqası: Yarımfinalçılar məlum oldu


Çərşənbə günü “Bavariya” 1/4 finalın cavab oyununda “Real Madrid”i 4-3 hesabı ilə məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, ilk oyun da Münhen komandasının 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Çempionlar Liqasının yarımfinal oyununda “Bavariya” 1/4 final cavab oyununda “Liverpul”a 2-0 hesabı ilə qalib gələn və ilk oyunu da eyni hesabla başa vuran “Pari Sen Jermen”lə (PSJ) qarşılaşacaq. PSJ - “Bavariya” qarşılaşmasının ilk oyunu 28 apreldə Parisdə, cavab oyunu isə 6 mayda Münhendə keçiriləcək.
Digər yarımfinalda İspaniyanın “Atletiko Madrid” və İngiltərənin ”Arsenal” komandaları qarşılaşacaq. “Atletiko Madrid” İspaniyanın “Barselona” komandasını ümumi hesabla 2-0, 1-2, “Arsenal” isə Portuqaliyanın “Sportinq” komandasını 1-0, 0-0 hesabı ilə məğlub edib.
Bu yarımfinal qarşılaşmasında ilk oyun 29 apreldə Madriddə, cavab oyunu isə 5 mayda Londonda baş tutacaq.
Çempionlar Liqasının finalı isə 30 mayda Budapeştdə keçiriləcək.
Qeyd edək ki, hazırkı çempion PSJ finalda İtaliyanın “İnter” klubunu 5-0 hesabı ilə məğlub etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top