
Rusiyalı bloger Viktoriya Bonyanın ölkə Prezidenti Vladimir Putinə müraciəti 20 milyondan çox baxış və bir milyon bəyənmə yığıb.
Yeniavaz.com xəbər verir ki, onun sonuncu müraciətindən sonra, Yuri Dud, eləcə də müstəqil nəşrlər olan “Dojd” və “The Insider” də daxil olmaqla jurnalistlər onunla əlaqə saxlayıblar, lakin o, müsahibə vermək niyyətində deyil.
“Uşaqlar, bizim fərqli məqsədlərimiz var. Mən heç bir müsahibə verməyəcəyəm. Mən ölkəmi sevirəm, ona xəyanət etməyəcəyəm. Mən ölkə, xalq üçünəm. Başqa deyəcək sözüm yoxdur. Mən hansısa müxalifətçi deyiləm. Mən heç vaxt müxalifətçi olmamışam və olmaq niyyətində də deyiləm. Mən sadəcə ürəyi olan bir insanam”, - Bonya deyib.
Qeyd edək ki, aprelin 14-ü Viktoriya Bonya İnstaqramda Vladimir Putinə 18 dəqiqəlik müraciət yayımlayıb və hər kəsin ondan qorxduğunu, amma onun prezidentdən qorxmadığını bildirib. Bloger videosunda heç bir qubernatorun danışmayacağı beş təcili məsələni sadalayıb: Dağıstanda daşqınlar, Anapada çimərliklərin və dənizin neftlə çirklənməsi, nəsli kəsilməkdə olan heyvanların öldürülməsinə icazə verən qaydalar, Novosibirsk vilayətində mal-qaranın məhv edilməsi və internetin bloklanması.
Tətbiqimizi yükləyə bilərsiniz