
İran konteyner gəmisi Hörmüz boğazını keçib və saat 16:30-da ABŞ-nin blokadasına baxmayaraq, Oman körfəzindən Ərəbistan dənizinə çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu, dəniz nəqliyyatı monitorinq sistemlərinin məlumatlarına əsaslanan TASS təhlilindən irəli gəlir.
Bildirilib ki, İran bayrağı altında üzən Kaşan konteyner gəmisi aprelin 13-ü saat 23:00 radələrində Bəndər Abbas limanından yola düşdü.
Ertəsi gün, saat 17:00 radələrində gəmi Hörmüz boğazından uğurla keçərək Oman körfəzinə daxil olub. Aprelin 15-i saat 16:30-da konteyner gəmisi Ərəbistan dənizinə daxil oldu və Pakistan sahillərindən təxminən 50 km cənub-şərqdə hərəkət edir.
Qeyd edək ki, daha öncə İranın Çabahr limanından İran bayrağı altında üzən “Şabdis” yük gəmisi aprelin 14-ü Ərəbistan dənizinə daxil oldu.
Tətbiqimizi yükləyə bilərsiniz