Rubi Rouz Keti Perrini cinsi təcavüzdə ittiham etdi


Melburn polisi aktrisa Rubi Rouz müğənni Keti Perriyə qarşı cinsi təcavüz iddiası ilə şikayət ərizəsi təqdim etdikdən sonra araşdırmaya başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Polis açıqlamasında iddia edilən hadisənin təfərrüatları verilməyib, yalnız hadisənin 2010-cu ildə Melburnun mərkəzindəki bir gecə klubunda baş verdiyi bildirilib.
Rouz sosial şəbəkə hesabında mövqeyini bildirib. O, iddia edib ki, həmin əyləncə zamanı Perri ona qarşı uyğunsuz hərəkətlər edib:
“Mən bu hekayəni əvvəllər də danışmışam, amma başqa cür necə davranacağımı bilmədiyim üçün bunu “gülməli sərxoşluq hadisəsi” kimi qələmə verirdim. Daha sonra o, mənə ABŞ vizası almağa kömək edib. Buna görə də mən bunu gizli saxladım”, - Rouz izah edib.
Keti Perri cinsi təcavüz iddialarını rədd edir.
 

DİGƏR XƏBƏRLƏR

Top