
Ermənistan 3-5 may tarixlərində hava məkanını bağlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi bəyanat yayıb.
“Ermənistanda 3-5 may 2026-cı il tarixlərində keçirilməsi planlaşdırılan genişmiqyaslı tədbirlər (8-ci AQS Sammiti, Ermənistan-Aİ Sammiti və İrəvan Dialoqu) və bu tədbirlərdə çoxsaylı xarici nümayəndə heyətlərinin iştirakı ilə əlaqədar olaraq, sizə bildiririk ki, 3-5 may 2026-cı il tarixlərində təhlükəsizlik səbəblərinə görə mülki pilotsuz uçuş aparatları da daxil olmaqla bütün ümumi aviasiya Ermənistan hava məkanında qadağandır”, - bəyanatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz