
“İnter Mayami” və Argentina hücumçusu Lionel Messi fırıldaqçılıqda ittiham olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Mənbənin məlumatına görə, VID promouter şirkəti Lionel Messi və Argentina Futbol Assosiasiyasına (AFA) qarşı milyonlarla dollarlıq iddia qaldırıb. İddia, oyunçunun ötən ilin oktyabr ayında Venesuelaya qarşı geniş şəkildə reklam olunan yoldaşlıq oyununda iştirak etməməsi nəticəsində dəyən zərərlərdən irəli gəlir.
Müqavilənin şərtlərinə görə, Messi zədələnmədiyi təqdirdə matçın ən azı 30 dəqiqəsini oynamalı idi. Zədələnməməsinə baxmayaraq, cənubi amerikalı həmin matçda heç oynamayıb.
Tətbiqimizi yükləyə bilərsiniz