Bu ərazilərdə qaz olmayacaq


Təmir-quraşdırma işlərinin aparılması məqsədilə 16.04.2026-cı il tarixdə saat 10:00-dan etibarən Suraxanı və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz”dan məlumat verilib.
”Təmir-quraşdırma işlərinin aparılması məqsədilə 16.04.2026-cı il tarixdə saat 10:00-dan etibarən Suraxanı rayonu üzrə “MİDA” yaşayış kompleksinin və “Sahil” yaşayış massivinin, Sabunçu rayonu üzrə isə Zabrat-1 qəsəbəsinin, Neftçilər və Nərimanov küçələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq”, - məlumatda qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top