
İranın cənubundakı Hörmüzqan əyalətində “düşmən media” ilə əməkdaşlıq etdiklərinə görə beş nəfər saxlanılıb.
Yeniavaz.com “Fars” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalət polis idarəsi məlumat verib.
İdarə onların üçünün kişi, ikisinin qadın olduğunu qeyd edib.
Onların internet vasitəsilə “düşmən media” ilə əlaqə saxladıqları bildirilib.
Agentlik məsələ ilə bağlı əlavə məlumat verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz