
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mustafa Çiftçi jurnalistlərə bildirib.
“Qanlı hücum nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb, onlardan səkkizi şagird və biri müəllim olub. On üç nəfər müalicə olunur, onlardan altısının vəziyyəti ağırdır”, - Çiftçi bildirib.
***16:00
Türkiyənin Kahramanmaraş şəhərindəki orta məktəbdə silahlı hücum baş verib.
Yeniavaz.com xəbər verir ki, Kahramanmaraş şəhərinin valisi Mükərrəm Ünlüer hücum nəticəsində 4 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.
Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.
O, təhsil müəssisəsinə silahlı hücumun səbəbinin hələ də məlum olmadığını bildirib.
Hadisə yerinə təcili yardım işçiləri və polis əməkdaşları göndərilib.
Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi bildirilir.
Məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünən də Türkiyənin Şanlıurfa şəhərindəki liseylərin birinə hücum olmuş, 16 nəfər yaralanmışdı.


Tətbiqimizi yükləyə bilərsiniz