Maradonanın ölüm işi üzrə məhkəmə yenidən başladı


Argentinalı futbolçu Dieqo Maradonanın (1960-2020) ölüm işi üzrə dinləmələr aprelin 14-də San İsidro məhkəməsində yenidən başlayıb.
Yeniavaz.com
“Clarín” qəzetinə istinadla xəbər verir ki, dinləmədə prokurorluğun nümayəndələri və təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.
Dinləmə başlamazdan əvvəl Maradonanın müalicə həkimi Leopoldo Lukenin vəkillərindən biri dinləmənin televiziyada yayımlanmasına icazə verməsini xahiş etsə də, hakimlər bu tələbi rədd ediblər.
Prokuror Patrisio Ferrari məhkəmə iclasında 100-dən çox şahidin ifadə verəcəyini açıqlayıb.
“Təqsirləndirilən şəxslər Dieqo Maradonanı taleyin ümidinə buraxaraq onu ölümə məhkum ediblər. Təqdim olunan dəlillər onun evə göndərilməsinin misli görünməmiş qəddar addım olduğunu və minimum tələblərə cavab vermədiyini təsdiqləyəcək”, - deyə prokuror bildirib.
Qeyd edək ki, 2022-ci ilin iyun ayında Baş Prokurorluq Maradonanın ölümü ilə əlaqədar olaraq Leopoldo Luke də daxil olmaqla səkkiz tibb işçisini ağır cinayət törətməkdə ittiham edib. Onları 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir. Məhkəmə prosesləri 2025-ci ilin mart ayında başlayıb.
May ayının sonlarında Maradonanın ölüm işi ilə bağlı məhkəmə iclası hakim Xulyeta Makintaçın sənədli film qalmaqalı ilə əlaqədar vəzifəsindən kənarlaşdırılmasından sonra dinləmələrdə əldə edilən irəliləyişi etibarsız hesab edib. İddialara görə, o, çəkiliş qrupunun dinləmələrdə icazəsiz iştirak etməsinə icazə verib. Məhkəmə prosesi dayandırılıb və işə əvvəldən baxmaq üçün yeni hakimlər heyəti təyin edilib.
Xatırladaq ki, prokurorun araşdırması argentinalı futbolçunun 11 noyabr 2020-ci il tarixindən bəri baş əməliyyatından sonra qaldığı evdə müalicəsi zamanı baş verən hadisələrə yönəlib. Prokurorların Maradonanın evini ziyarət edən insanlardan aldığı ifadələrə görə, onun evi böyük əməliyyatdan sonra standartlara cavab verməyib.
Dünya çempionu 25 noyabr 2020-ci ildə 61 yaşında vəfat edib. Ölüm səbəbi ağciyər ödeminə səbəb olan kəskin ürək çatışmazlığı olub.

DİGƏR XƏBƏRLƏR

Top