
İranın hücumları nəticəsində ən azı 399 amerikalı hərbçi yaralanıb.
Yeniavaz.com “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat katibi kapitan Tim Hokins bildirib.
Onun sözlərinə görə, artıq 354 hərbçi xidmətə qayıdıb.
Agentlik qeyd edir ki, Amerika qoşunları arasında rəsmi ölüm sayı 13 olaraq qalır.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıblar. İran hakimiyyəti Hörmüz boğazını ABŞ, İsrail və İrana qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarına gəlib. Aprelin 7-də Vaşinqton Tehranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İranın Təcili Tibbi Yardım Təşkilatının məlumatına görə, müharibənin 40 günü ərzində ABŞ-İsrail hücumları nəticəsində 3375 iranlı həlak olub.
Aprelin 11-də tərəflər İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. Tehran və Vaşinqtonun məlumatına görə, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. “Associated Press” agentliyi yeni danışıqlar raundunun aprelin 16-da keçirilə biləcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz