Silahlı Qüvvələrin TTM-də 20 yanvar şəhidlərimiz anıldı - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti Aparatı, Kino Xidməti İdarəsi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) 20 yanvar faciəsinə həsr edilmiş tədbir keçirdi.

“Yeniavaz.com” xəbər verir ki, tədbirdə Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqləlik sükutla yad edildi. Dövlət himni səsləndi. Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman Azərbaycan xalqının azadlıq, müstəqillik və müharibə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 27-ci il dönümü ilə bağlı məlumat verdi. Azərbaycan xalqının qan yaddaşında əbədi yaşayacaq 20 yanvar faciəsinin hər il ümümixalq hüzn günü kimi qeyd olunduğunu dedi. Sonda 20 yanvar faciəsinə həsr olunmuş, ssenari müəllifi və rejissoru Gültəkin Nəriman olan "Tarixin acısı - Qan yaddaşımız” adlı sənədli film nümayiş olundu.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top