Hasil olunan qızıl, gümüş və misin miqdarı açıqlandı


Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda qızıl və gümüş istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb, mis istehsalı isə artıb.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar–mart ayları ərzində ölkədə 601,3 kiloqram qızıl, 972,1 kiloqram gümüş, 3 767,4 ton mis konsentratı istehsal edilib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 19,8%, gümüş istehsalı 14,4% azalıb, mis konsentratının istehsalı isə 7,1 dəfə artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top