Azərbaycanda nikahların sayı kəskin azaldı


Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5 min 250 nikaha daxilolma və 3 min 376 boşanma halları qeydə alınıb.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 31,9%, boşanmaların sayı isə 4,8% azalıb.
Qeyd edək ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 2 ayında əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,2-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
Məlumat üçün bildirək ki, ötən ilin iyul ayının 1-dən etibarən Azərbaycanda yaxın qohumların – əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edilib.
Qeyd edək ki, qadağanın ilk dəfə tətbiq olunduğu iyul ayında nikahların sayı kəskin azalsa da, sonrakı aylarda artım müşahidə olunub. Hətta sentyabr ayında bağlanan nikahlar ötən ilin ən yüksək göstəricisi olub.
Ötən il və bu ilin ilk 2 ayında Azərbaycanda nikahların sayı aylar üzrə aşağıdakı kimi olub:
Yanvar – 4 717 nikah;
Fevral – 3 024 nikah;
Mart – 3 465 nikah;
Aprel – 3 747 nikah;
May – 4 830 nikah;
İyun – 5 032 nikah;
İyul –  2 694 nikah;
Avqust – 3 894 nikah;
Sentyabr – 4 929 nikah;
Oktyabr – 4 407 nikah;
Noyabr – 4 257 nikah;
Dekabr – 3 550 nikah;
Yanvar (2026) – 2 922 nikah;
Fevral (2026 – 2 328 nikah.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top