Putin Çinə gedəcək


Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərinə hazırlıqlar aparılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Çinə səfər hazırlıq mərhələsindədir. Tarixləri vaxtında açıqlayacağıq”, - Peskov qeyd edib.
Putinin Çinə mümkün səfəri ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfərindən demək olar ki, dərhal sonra baş tuta bilər.
Tramp əvvəlcə Çinə martın sonunda səfər etmək istədiyini bildirmişdi. Lakin İranda uzun sürən müharibə ilə əlaqədar Ağ Ev səfərin 14-15 maya təxirə salındığını elan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top