
Bu ilin ilk rübünün yekununa olan məlumata görə, “Bank Avrasiya” ASC zərərlə işləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat bank tərəfindən açıqlanan rüblük hesabatda yer alıb.
Bildirilib ki, bankın xalis zərəri 937 min manat olub.
Məlumat üçün onu da qeyd edək ki, müştərilər tərəfindən “Bank Avrasiya” ASC-yə yerləşdirilən depozitlərin həcmi də azalıb. Belə ki, hüquqi şəxslərin bankdakı depozitlərində kəskin azalma qeydə alınıb. Hüquqi şəxslərin “Bank Avrasiya”dakı depozitləri son 3 ayda 27% və ya 2 milyon 768,8 min manat azalaraq bu ilin aprel ayının əvvəlində 7 milyon 365 min manata düşüb.
Məlumat üçün bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 49,5%-i “Azbizneskom” MMC-yə, 49,5%-i “Top Properties” MMC-yə, 1%-i isə Rüstəmə məxsusdur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz