Çempionlar Liqası: İlk yarımfinalçılar məlum oldu


“Pari Sen Jermen” “Liverpul”u 2-0 (ümumi hesabla 4-0) məğlub edərək, UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, bununla da Paris klubu ardıcıl üçüncü dəfə UEFA Çempionlar Liqasının yarımfinalına vəziqə qazanıb.
Klub yarışın bu mərhələsində “Real Madrid” – “Bavariya” matçının qalibi ilə oynayacaq.
Digər tərəfdən, “Atletiko Madrid” UEFA Çempionlar Liqasının 1/4 finalının ikinci oyununda “Barselona”ya 2-1 hesabı ilə məğlub olub. Ümumi hesabda 3-2 hesabı ilə qalib gələn Madrid klubu 2016/2017 mövsümündən bəri ilk dəfə turnirin yarımfinalına yüksəlib.
Klub yarışın yarımfinalında “Arsenal” və “Sportinq” arasındakı matçın qalibi ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top