
Bu ilin yanvar-mart aylarında əsas kapitala 4 milyard 49,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 faiz çox investisiya yönəldilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi real ifadədə 44,6 faiz artaraq 1 milyard 525,9 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə real ifadədə 2,2 faiz artaraq 2 milyard 523,9 milyon manat olub.
Əsas kapitala yönəldilən investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 23,9 faiz artaraq 2 milyard 286,6 milyon manat, xidmət sahələri üzrə real ifadədə 27,3 faiz artaraq 1 milyard 252,8 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların həcmi isə real ifadədə 26,6 faiz azalaraq 510,4 milyon manat olub.
Tətbiqimizi yükləyə bilərsiniz