24 saat ərzində heç bir gəmi Hörmüz blokadasını pozmayıb − Pentaqon


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iddia edir ki, son 24 saat ərzində İran limanlarına daxil olan və ya ora yollanan heç bir gəmi ABŞ-nin tətbiq etdiyi dəniz blokadasını pozmayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə CENTCOM sosial şəbəkə səhifəsində məlumat yayıb
Bildirilib ki, 10.000-dən çox ABŞ hərbi qulluqçusu, onlarla gəmi və təyyarə İran limanlarına daxil olan və ya çıxan gəmiləri blokadaya almaq əməliyyatında iştirak edir.
CENTCOM-un məlumatına görə, ilk 24 saat ərzində heç bir gəmi blokadanı pozmayıb, altı ticarət gəmisi isə ABŞ qüvvələrinin Oman körfəzindəki İran limanlarına qayıtmaq və geri dönmək tələblərinə əməl edib. Həmçinin qeyd olunub ki, ABŞ İran limanlarına getməyən və ya İrandan çıxmayan tankerlər üçün gəmiçilik azadlığını dəstəkləyir.

DİGƏR XƏBƏRLƏR

Top