
Amerikalı reper Kanye Uest məşhur Hollivud oteli “Chateau Marmont”da bir adama hücum etdiyi iddiası ilə məhkəməyə verilib.
Yeniavaz.com xəbər verir ki, TMZ bu barədə məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, musiqiçi iki il əvvəl baş verən hadisə zamanı döyülmə və emosional stress yaratma ittihamı ilə məhkəməyə verilib.
Nəşr iddiaçının anonim qalmaq istədiyini vurğulayır.
Onun ifadəsinə görə, Uest oteldə zərərçəkmişin masasına yaxınlaşıb və xəbərdarlıq etmədən onun üzünə yumruq vurub. Nəşr bildirir ki, iddiaçı yerdə huşsuz uzanarkən Uest daha sonra ona bir neçə dəfə zərbə endirib.
Kişi iddia edib ki, musiqiçi onu şirkətindəki bir qadına qarşı təhqiramiz və uyğunsuz davranışda ittiham edib və bu yalanları məşhur bir podkastda çıxışı zamanı təkrarlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz