Şidlo və Merkel AB-nin təhlükəsizliyi və gələcəyi məsələlərini müzakirə edəcəklər

Polşanın Baş naziri Beat Şidlo və Almaniya kansleri Angela Merkel arasında keçiriləcək görüşdə Avropa Birliyinin (AB) təhlükəsizliyi və qurumdakı dəyişiklik əsas müzakirə hədəflərindən biri olacaq. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Şidlo fevral ayında Merkelin Varşavaya səfər edəcəyini söyləyib. Şidlo Polşa televiziyası ilə canlı yayımlanan mətbuat konfransında: "Merkelin ölkəmizə səfəri mənim dəvətim ilə reallaşacaq. Biz bu görüşdə Avropa üçün mühüm olan Brexit, miqrasiya, həmçinin təhlükəsizlik və Avropa Birliyini gözləyən dəyişikliklər məsələlərini müzakirə edəcəyik",- deyib. Xatılradaq ki, Merkelin Polşaya səfəri fevral ayının 7-nə planlaşdırılıb. Onun səfər çərçivəsində prezident Ancey Duda, həmçinin iqtidarda olan Hüquq və Ədalət Partiyasının sədri Yaroslav Kaçinski ilə görüşü nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top