
Ermənistan Parlamentinin spikeri Alen Simonyan İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak edəcək.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, assambleya çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək.
Simonyan gürcüstanlı həmkarı Şalva Papuaşvili ilə də görüşməyi planlaşdırır. O, həmçinin rusiyalı həmkarı Valentina Matviyenko ilə qeyri-rəsmi görüşünün keçirilməsini də istisna etməyib.
“Hazırda iki həmkarımla - Gürcüstan və Azərbaycan parlamentlərinin rəhbərləri ilə görüşlər planlaşdırılır”, - deyə o qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz