
Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 517,2 manat xərcləyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu vəsaitin 284,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 232,3 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.
Bu isə o deməkdir ki, əhalinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin yarıdan çoxu – 55,1%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb.
Müqayisə üçün bildirək ki, bir il əvvəl – 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 475,3 manat xərcləyib. Göründyü kimi, əhalinin mağazalarda xərclədiyi vəsait 41,9 manat və ya 8,8% artıb. Ötən ilin yanvar-mart aylarında ərzağa 264,3 manat, qeyri-ərzağa 211 manat xərcləyiblər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz