
İran beş ərəb ölkəsindən ona qarşı müharibədə İsrail və ABŞ ilə şərik olduqları üçün kompensasiya tələb edib.
Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.
“Bəhreyn, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı qanunsuz hərəkətləri nəticəsində İrana dəyən fiziki və mənəvi ziyanı tam şəkildə ödəməlidirlər”, - diplomat qeyd edib.
İrəvani həmçinin qeyd edib ki, yuxarıda adı çəkilən dövlətlər İsrail və ABŞ-nin İrana qarşı müharibəsində şəriklərinə çevriliblər və bununla da İran qarşısındakı öhdəliklərini pozublar.
Daimi Nümayəndə İran tərəfinin ərəb ölkələrinin hansı konkret hərəkətlərini münaqişədə şəriklik hesab etdiyini dəqiqləşdirməyib.
Tətbiqimizi yükləyə bilərsiniz