Türkiyədə “Google”a rəqib yeni axtarış sistemi işə salındı

Türkiyənin yerli və milli axtarış sistemi “Geliyoo” sınaq qismində onlayn istifadəyə verilib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hakan Atabaş və Fatih Arslanın üzərində 10 ildir çalışdığı “Geliyoo.com” onlayn yayıma başlayıb. İki mühəndis layihənin ərsəyə gəlməsi üçün 10 milyon türk lirəsi xərcləyib. “Geliyoo.com”un 2018-ci ildə 3 milyon istifadəçisinin olacağı və bazarda payının 7 faizə çatacağı gözlənilir. H. Atabaş bu axtarış sistemi Rusiyanın “Yandex”, Çinin “Baidu” analoji sistemləri kimi “Google”un hegemonluğuna son qoymağa hədəf alıb.

DİGƏR XƏBƏRLƏR

Top