ABŞ-İran danışıqlarının yeni mərhələsi bu tarixdə keçirilə bilər


ABŞ-İran danışıqlarının növbəti mərhələsi aprelin 16-da Cenevrədə və ya İslamabadda baş tuta bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi mənbələrə istinadla məlumat verib.
Onların sözlərinə görə, tərəflər Pakistanın paytaxtında növbəti görüşün keçirilməsi imkanlarını müzakirə edirlər. Bununla yanaşı, ABŞ administrasiyasının rəsmiləri Cenevrəni danışıqların yeni mərhələsi üçün mümkün məkan kimi göstərirlər.
Qeyd edək ki, aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bagir Qalibaf, Amerika nümayəndə heyətinə isə vitse-prezident C.D. Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtonda bildirildiyi kimi, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Mümkün yeni danışıqlar raundunun təfərrüatları hələ də məlum deyil.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə qarşı tərəfin onunla əlaqə saxladığını və fəal şəkildə razılaşma əldə etməyə çalışdığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top