
ABŞ Prezidenti Donald Tramp Papa XIV Leonu tənqid edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, əgər o, Ağ Evdə olmasaydı, papa Vatikanda da olmazdı.
ABŞ-dən olan 69 yaşlı kardinal Robert Frensis keçən il Müqəddəs Taxt-taca yüksəlib. Tramp iddia edir ki, Kilsə kardinalı namizədlər siyahısına yalnız amerikalı olduğuna görə daxil edib.
“Onlar düşünürdülər ki, bu, Prezident Donald Trampla münasibət qurmağın ən yaxşı yoludur”, - Amerika lideri əlavə edib.
Tramp bildirib ki, Papanın İranın nüvə silahına ehtiyacı olduğunu düşünməsini istəmir:
“Amerikanın Venesuelaya hücum etməsinin dəhşətli olduğunu düşünən bir Papa istəmirəm... Və istəmirəm ki, Papa ABŞ prezidentini tənqid etsin”.
Qeyd edək ki, bir gün əvvəl XIV Leon İranda Amerika-İsrail müharibəsini qızışdıran “hər şeyə qadirlik illüziyasını” pisləyib.
Tətbiqimizi yükləyə bilərsiniz