BP neftin qiyməti ilə bağlı 2 illik proqnozunu açıqlayıb

BP neft-qaz şirkətinin rəhbəri Robert Dadli (Robert Dudley) 2017-2018-ci illərdə dünya bazarında neft qiymətlərinin 55-60 dollar/barel diapazonunda olacağını proqnozlaşdırıb. RİA "Novosti"nin verdiyi xəbərə görə, bunu R.Dadli İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumu zamanı "Bloomberg" agentliyinə müsahibəsində bildirib. Qeyd edək ki, BP şirkəti 1909-cu ildə yaradılıb və dünyanın ən böyük 6 neft-qaz şirkətlərindən biridir.Report

DİGƏR XƏBƏRLƏR

Top