
Türkiyədə aktyorlar Hafsanur Sancaktutan, Emir Can İğrek və sosial media fenomeni Ogün Alibaşın narkotik test nəticələri müsbət çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Bildirilib ki, hər üç məşhur bundan öncə narkotik istintaqı çərçivəsində keçirilən əməliyyat zamanı saxlanıldıqdan sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmışdı.
Məhkəmə Tibb Ekspertizası Qurumu bioloji nümunələr üzərində aparılan laborator araşdırmaların nəticələrinə əsasən, üç məşhurun saç nümunələrində kokain və onun metabolitləri aşkar edilib.
Tətbiqimizi yükləyə bilərsiniz