
Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.
Qeyd olunub ki, görkəmli baletmeysterlə aprelin 14-ü, saat 11:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
Mərasimin ardınca isə İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, görkəmli baletmeyster bu gün 97 yaşında vəfat edib.
Tətbiqimizi yükləyə bilərsiniz