
Bakıda bəzi küçələrdə yeni yol nişanları quraşdırılıb. Məsələn, yolayrıclarında işıqfor əgər qırmızıdırsa, sağa dönmək istəyən vətəndaşlar digər nəqliyyat vasitələrinə mane olmamaq şərti ilə dönə bilərlər.
Yeniavaz.com xəbər verir ki, bunun üçün “Yol verməklə dönmək olar” nişanı quraşdırılıb.
Lakin bəziləri onu ya görmürlər, ya da görsələr də, mahiyyətini başa düşmürlər.
“Baku TV” sözügedən məsələ ilə bağlı sürücülər arasında sorğu keçirib. Onların çoxu nişan barədə məlumatlarının olmadığını söyləyiblər.
Paytaxt yollarında quraşdırılan sözügedən nişan 2019-cu ildə “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklə qəbul edilib. 5.53 nişanı sürücülərə daim sağa dönməyə icazə verir. Lakin bir çox sürücü bundan məlumatsızdır.
Ətraflı “Baku TV”nin süjetində:
Tətbiqimizi yükləyə bilərsiniz