
“İsrail Müdafiə Qüvvələri ABŞ və İslam Respublikası arasında atəşkəs danışıqlarının uğursuzluğundan sonra İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti mənbəyə istinadən məlumat yayıb.
“Hər üç böyük ibrani televiziya kanalı ABŞ və İslam Respublikası arasında atəşkəs danışıqlarının uğursuzluğundan sonra ordunun İranla yenilənmiş münaqişəyə hazırlaşdığını bildirib”, - nəşr bildirib.
Məlumat Pakistanda Yaxın Şərq münaqişəsinin hərtərəfli həlli ilə bağlı razılığa gələ bilməyən Amerika və İran danışıqlarının başa çatmasından 24 saatdan az müddət sonra yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz