“Lufthansa” pilotları yenidən tətilə çıxdı − Yüzlərlə uçuş ləğv edildi


Aprelin 13-ü Almaniyada “Lufthansa” pilotlarının növbəti tətili başlayıb.
Yeniavaz.com
xəbər verir ki, "Vereinigung Cockpit” həmkarlar ittifaqı 14 aprel çərşənbə axşamı gününə qədər işin dayandırılğını elan edib.
Bu il üçün sayca dördüncü tətil əsasən aviaşirkətə, eləcə də “Lufthansa Cargo” və “Cityline”a təsir edir.  Ölkə daxilində, əsasən Frankfurt və Münhen mərkəzlərində hər gün yüzlərlə reysin ləğv ediləcəyi gözlənilir.
Münaqişə şirkətin pensiya planı və “Cityline”da kompensasiya şərtləri ilə bağlı fikir ayrılıqlarından qaynaqlanır.

DİGƏR XƏBƏRLƏR

Top