
Rusiya Macarıstan parlament seçkilərində qələbə qazanması münasibətilə “Tisa” Partiyasının lideri Peter Madyarı təbrik etməyi planlaşdırmır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Aleksandr Yunaşevin “Telegram” kanalında verdiyi müsahibədə müvafiq suala cavab olaraq bildirib.
Kremlin mətbuat katibi bildirib ki, biz dost olmayan ölkələrə təbrik göndərmirik.
“Macarıstan isə dost olmayan ölkədir; o, bizə qarşı sanksiyaları dəstəkləyir”, - Peskov qeyd edib.
Jurnalistin bunun Moskvanın yalnız keçmiş baş nazir Viktor Orbanla münasibətlərini davam etdirməsi mənasına gəlib-gəlmədiyi barədə sualına isə Peskov: “Biz onunla dialoq aparırdıq”, - deyə cavab verib.
Peskov əlavə edib ki, Rusiyanın Orbanla konkret olaraq heç bir dostluğu yoxdur.
Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya dünən keçirilən seçkilərdən sonra formalaşacaq yeni Macarıstan hökuməti ilə dialoqa açıqdır. Peskovun sözlərinə görə, Kreml dünənki səsvermədə macar seçicilərinin verdiyi seçimə hörmətlə yanaşır və ölkənin yeni rəhbərliyi ilə ikitərəfli əlaqələrin davam etdirilməsini səbirsizliklə gözləyir.
Tətbiqimizi yükləyə bilərsiniz