Dünyanın ən xoşbəxt ölkələri – Azərbaycan 102-ci yerdə


“Gallup World Poll” tərəfindən 147 ölkə üzrə aparılan araşdırmaya əsasən hazırlanan “Dünya Xoşbəxtlik Hesabatı”nın növbəti nəticələri açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, hesabata görə, Finlandiya ardıcıl doqquzuncu ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib.
Araşdırma respondentlərin həyat keyfiyyətini 0-dan 10-a qədər şkala üzrə qiymətləndirməsinə əsaslanır. Reytinq 2023–2025-ci illəri əhatə edən üç illik orta göstəricilər əsasında tərtib olunub.
Qafqaz regionunda Gürcüstan 5,5 bal ilə 91-ci yerdə qərarlaşıb. Bu nəticə onu Rusiya (79-cu yer) və Ermənistandan (89-cu yer) geri salıb. Türkiyə 94-cü, Azərbaycan isə 102-ci yerdə qərarlaşıb.
Keçmiş SSRİ və region ölkələrinin siyahıdakı mövqeyi aşağıdakı kimi olub:
28. Litva – 6.7
33. Qazaxıstan – 6.6
46. Estoniya – 6.4
48.Latviya – 6.4
53. Özbəkistan – 6.3
66. Qırğızısatan – 6
77. Moldova – 5.8
79. Rusiya – 5.8
88. Tacikistan – 5.6
89. Ermənistan – 5.6
91. Gürcüstan – 5.5
94. Türkiyə – 5.3
97. İran – 5.2
102. Azərbaycan – 5
111. Ukrayna – 4.6
Qeyd edək ki, “Dünya Xoşbəxtlik Hesabatı”nda ilk üçlükdə Finlandiya ilə yanaşı İslandiya və Danimarka yer alır. Ekspertlər bu nəticəni həmin ölkələrdə yüksək həyat keyfiyyəti və dövlət institutlarına güclü etimadla əlaqələndirir.
İlk 10 ən xoşbəxt ölkə aşağıdakı kimi olub:
Finlandiya – 7.8
İslandiya – 7.5
Danimarka – 7.5
Kosta Rika – 7.4
İsveç – 7.3
Norveç – 7.2
Hollandiya – 7.2
İsrail – 7.2
Lüksemburq – 7.1
İsveçrə – 7.0
Avropadan kənarda ən yüksək nəticə Kosta Rikada qeydə alınıb – ölkə 4-cü pillədə qərarlaşıb. Latın Amerikası ölkələri arasında isə Meksikanın sürətli yüksəlişi diqqət çəkir. 2022-ci ildə 36-cı yerdə olan ölkə bu il 12-ci yerə qədər irəliləyib.
Reytinqdə İsrail 8-ci yeri tutaraq Yaxın Şərqdə ən yüksək göstəriciyə sahib ölkə olub. Onu Birləşmiş Ərəb Əmirlikləri (21-ci yer) və Səudiyyə Ərəbistanı (22-ci yer) izləyir.
ABŞ bu il 23-cü yerdə qərarlaşıb. Bu, son 15 ildə müşahidə olunan eniş trendinin davamıdır.
Siyahının sonunda Əfqanıstan qərarlaşıb və ən bədbəxt ölkə kimi qiymətləndirilib. Onu Syerra-Leone və Malavi izləyir. Bu ölkələrdə siyasi qeyri-sabitlik, münaqişələr və iqtisadi çətinliklər əsas amillər kimi göstərilir. Eyni zamanda Myanma, Şri-Lanka və Banqladeş də aşağı sıralarda yer alır.
Ən az xoşbəxt 10 ölkə isə aşağıdakı kimi olub:
Əfqanıstan – 1.4
Syerra-Leone – 3.3
Malavi – 3.3
Zimbabve – 3.3
Botsvana – 3.5
Yəmən – 3.5
Livan – 3.7
Konqo – 3.8
Misir – 3.9
Tanzaniya – 3.9

DİGƏR XƏBƏRLƏR

Top