İranda 45 gündür ki, internet yoxdur – “NetBlocks”


İranda internet 1080 saata yaxındır ki, faktiki olaraq kəsilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NetBlocks” beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.
“İranda internet blokadası 45-ci günündədir və beynəlxalq rabitə 1080 saata yaxın müddətə dayandırılıb”, - xidmət bildirib.
Xidmət həmçinin bu blokadanın dünyanın hər hansı bir yerində qeydə alınan ən uzun ölkə miqyaslı blokada olduğunu bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, böyük şəhərlər zərbələrə məruz qalıb. SEPAH İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəfləri də zərbələrə məruz qalıb.
Aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bagir Qalibaf, Amerika nümayəndə heyətinə isə vitse-prezident C.D. Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtonda bildirildiyi kimi, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Mümkün yeni danışıqlar raundunun təfərrüatları hələ də məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top