Bu robot Useyn Boltun sürətinə çatdı – Yeni rekord


“Unitree H1” humanoid robotu 100 metrlik sprint zamanı 10 m/s sürətə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Humanoids Daily” nəşri məlumat yayıb.
Məlumata görə, bununla da, cihaz humanoid robot üçün dünya üzrə sürət rekorduna imza atıb.
Bu, həmçinin onu öz sinfində ən sürətli humanoid robotu edir ki, o bu sürətlə peşəkar idmançıların sürətinə yaxınlaşır.
Müqayisə üçün deyək ki, Useyn Boltun maksimal sürəti 12,42 m/s, “Unitree H1”in maksimal sürəti isə 36 km/saatdır. Halbuki, 2024-cü ilin əvvəlində bu robotun maksimal sürəti təxminən üç dəfə yavaş olub.
Mütəxəssislər hesablayırlar ki, performansın yaxşılaşdırılmasında təkcə robotun texniki təminatının deyil, proqram təminatının təkmilləşdirilməsi də əsas rol oynayıb.
Humanoid robotlar üçün ikinci illik yarımmarafon ayın sonunda Pekində keçiriləcək. İlkin hesablamalara görə, yarışda 300-dən çox model iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top