Bu il qeyri neft-qaz sektorunda 0,2 faiz artım qeydə alınıb


Bu ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,2 faiz artıb.
ÜDM istehsalının 33,5 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 23,3 faizi digər xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top